• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kollecdə saxtakarlıq - İDDİA

Azərbaycanda kollecdə saxtakarlıq - İDDİA
24.06.2020 12:53
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin sabiq tədris işləri üzrə direktor müavini Nicat Göyüşov facebook profilində Kollecdəki özbaşınalıqlar barədə açıqlama yayıb.
 
Qeyd olunanlar ciddi qanun pozuntusu olduğundan məlumatı olduğu kimi veririk. "Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işlədiyim vaxt tədris işləri üzrə direktor müavininin təsdiqləməli olduğu bütün fənn jurnallarını öz imzamla təsdiqlədim və mümkün dəyişmə hallarının qarşısını almaq məqsədilə jurnal vərəqlərinin hər birinə tədris hissəsinin möhürü vuruldu. Yəni, artıq kimsə gizlincə jurnalı dəyişə bilməzdi. Deməli həmin vaxtlar, yəni 2017/2018-ci tədris ilində əvvəlki ab-havanın olacağını düşünən tələbələrin bir qismi dərsə ümumiyyətlə gəlmirdi.
 
Buna görə də tez bir zamanda davamiyyətə görə verilən limiti aşdılar və imtahan sessiyası zamanı heç bir fəndən imtahana buraxılmadılar. Təkcə həmin sessiyada ən azı 4-5 fəndən kəsləri yarandı. Bunların içərisində sonuncu kursda təhsil alanlar da vardı. İndi aldığım məlumata görə, həmin tələbələr imtahanlarda əziyyət çəkərək bal toplayan qrup yoldaşları ilə birgə diplom alıblar. Bəs necə olub ki, onlar bu qədər kəsri qısa zamanda bağlaya biliblər? Axı onlar heç imtahana buraxılmırdı, qiyməti necə alıblar?
 
Bunun üçün onlar alt və ya şərti qruplarda kəsildildikləri fənləri dinləməli, kredit toplamalı idilər, amma belə bir hal olmayıb. Olsaydı belə, həmin tələbələrin əksəriyyəti vaxtında diplom ala bilməzdi, ən azı bir il geri düşərdi. Bəs onların vaxtında diplom alması necə mümkün olub? Həmin tələbələrə yazığı gəlmiş olmalıdır ki, direktor dərsə gəlməyən və limiti keçdiyi üçün imtahana buraxılmayıb, kəsrə qalan bu gənclərdən ötrü jurnalın dəyişdirilməsinə imkan yaradıb. Sonra da birbaşa qiymətləri yazılıb və adları diplom alanların siyahısına salınıb. Hələ bir az da irəli gedərək dəyişdirilən jurnallara mənim imzamın eynisini çəkiblər.
 
Axı jurnal dəyişsə də, o vaxtın tədris işləri üzrə direktor müavininin imzası ilə təsdiqlənməlidir. Bax, nə qanunsuzluq edirsiniz özünüz və aidiyyatı orqanları bilər, yaxşı, imzamın eynisini dəyişdirdiyiniz jurnala çəkərək məni niyə çirkin işlərinizə ortaq etməyə çalışırsınız? Bu Təhsil Nazirliyini aldadaraq SAXTA diplom verilməsi deməkdir və jurnal dövlət sənədi olduğu üçün onun belə dəyişdirilməsi ciddi qanunsuzluqdur.
 
Ona görə də, aidiyyatı orqanlardan şahidlərdən aldığım bu məlumatın doğru olub-olmadığının araşdırılması və təsdiqini taparsa, qanuni addım atılması üçün köməklik göstərmələrini xahiş edirəm. Onu da deyim ki, həmin imtahan sessiyasında imtahan cədvəllərinin (vedemostların) sürətini çıxardığım üçün hansı tələbələrin davamiyyət limitini aşdığına görə bütün fənlərdən imtahana buraxılmadığının siyahısı məndə də var, araşdırma başladılarsa, ehtiyac yaranarsa, təqdim edə bilərəm". Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol