• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda DƏHŞƏT: Üç övladı koronavirusdan ölən ana xəstəxanadan qovulub? - FOTO

Azərbaycanda DƏHŞƏT: Üç övladı koronavirusdan ölən ana xəstəxanadan qovulub? - FOTO
24.06.2020 17:21
Azərbaycanda koronavirus bir ailənin üç üzvünü - iki qardaşı və bir bacını öldürüb.

Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, əvvəlcə Bakıda yaşayan böyük qardaş Mustafayev Azər Bəyoğlan oğlu (28.04.1970 təvəllüdlü) 1 iyun tarixində yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasında vəfat edib.

Onun ölümündən 3 gün sonra - 4 iyunda kiçik qardaş Mustafayev Aqşin Bəyoğlan oğlu (29.06.1974) yerləşdirildiyi Ağciyər İnstitutunda virusla mübarizəyə davam gətirməyib.


Hər iki qardaş doğulub-böyüdükləri İsmayıllıda dəfn edilib. Sumqayıtda yaşayan Mustafayeva Yaqut Bəyoğlan qızı (04.11.1971) qızları ilə birlikdə qardaşlarının yasında iştirak edib. Qardaşlarının 7 mərasimindən sonra evinə qayıtmaq planı baş tutmayıb. Virusa yoluxduğu üçün elə orada xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və ciyərlərində buz parçasının olduğunu deyiblər. İsmayıllı rayon Mərkəzi Xəstəxanasında bir gün qaldıqdan sonra Ağdaş rayon Mərkəzi Xəstəxanasına göndərilib. 


Onunla birlikdə atası Mustafayev Bəyoğlan Xanalı oğlu (10.03.1941), anası Mustafayeva Salatun Qoçu qızı (05.05.1948) və əkiz qızları
Mirzəliyeva Xumarə və Çinarə Şahin qızları (20.01.1997) Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Valideynlərdən və Yaqut xanımın qızlarından test götürülüb, lakin onlarda virus aşkarlanmayıb. 

49 yaşlı Yaqut Mustafayeva 10 gündən sonra - 22.06.2020-ci il tarixində yerləşdirildiyi xəstəxanada vəfat edib. Onu dəfn etmək üçün valideynlərini xəstəxanadan evə buraxıblar. 

22 günün içində üç övladını itirən atanın şəkəri qalxıb. Xanımı və nəvələri onun vəziyyətinin ağırlaşdığını görüb İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin xəstəxanada gözləmədikləri reaksiya ilə qarşılaşıblar. 79 yaşlı ata, 72 yaşlı ana və 23 yaşlı gənc qızlar xəstəxanadan qovulub.

Salatun xanım BAKU.WS-ə açıqlamasında xəstəxananın kordioloqu Ağayev Firudin tərəfindən qovulduğunu bildirdi:

"Yoldaşım şəkər xəstəsidir. Şəkəri 580-ə qalxdı. Mən, həyat yoldaşım, iki nəvəm xəstəxanaya getdik. Əvvəlcə kordioloq Ağayev Firudinin yanına getdik. Nə məndə, nə də yoldaşımda koronavirus əlamətləri yoxdur. Ağdaş rayon Xəstəxanasında bizdən götürülən test cavabı da neqativ çıxıb. Buna baxmayaraq bizə yaxın düşməkdən qorxdular. Bizi görən kimi içəri girib qapını bağladı. Sonra bizi rentgen şöbəsində müayinə edəcəkdilər. Otaqda rentgen həkimi, bir tibb bacısı, bir də digər əməkdaş var idi. Firudin həkim onların yanına gəldi, onlara nə dedisə, rentgen otağının qapısını bağlayıb bizi qovdular. Dayandığımızı görüb bizi qovmaq üçün polis çağırdılar. Firudin həkim "Aman Allah, hamı içəri girib qapını bağlasın" deyib qışqırırdı. Kor-peşiman evə qayıtdıq. Öz pulumuzla belə müalicə etmirlər. Biz nə edək?

İsmayıllı Mərkəzi Xəstəxanasının baş həkimi Rəhimov Vidadi Hənnan oğlu mənim şagirdim olub. Ona zəng vurub dedim ki, axı biz nə edək. Cavab verdi ki, evə təcili tibbi yardım göndərəcək. Hələ gözləyirik".

İki oğlunu və bir qızını itirən atanın vəziyyəti ağır olaraq qalıb. Bir tərəfdə də koronavirusun öldürdüyü övladlarının başsız qaldığı yeniyetmə uşaqları... Baba onlara sahib çıxmaq üçün yaşamaq istəyir...

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol