• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST rəhbərindən koronavirusla bağlı dünyanı alt-üst edən AÇIQLAMA

ÜST rəhbərindən koronavirusla bağlı dünyanı alt-üst edən AÇIQLAMA
24.06.2020 20:24
Bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər.

Pandemiya güclənir: yeni yoluxma hallarının sayı rekord həddə - gündə 183 minə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesusun sözlərinə görə, yeni yoluxmaların əsas hissəsi Şimali və Cənubi Amerikada qeydə alınır.
 
Anews.az axeber.az-a istinadən bildirir ki, bunu ÜST rəhbəri deyib: "Biz dünyanın bütün ölkələrini əhalinin sağlamlığının qorunması sahəsində tədbirləri gücləndirməyə çağırırıq". Onun sözlərinə görə, infeksiyanı ağır keçirən xəstələr arasında ölüm hallarının azaldılmasına kömək edən deksametazon preparatı barədə xəbər ümidvericidir.
Doktor Tedros deyib: "İndi əsas məsələ bu preparatın istehsalını artırmaq və onu bu dərmana daha çox ehtiyac olan yerlərə çatdırmaqdır". ÜST rəhbəri daha sonra əlavə edib ki, xoşbəxtlikdən, bu preparat ucuzdur, deksametazon dünyanın bütün əczaçılıq müəssisələrində buraxılır və müəssisələrin çoxu bu preparatın istehsalını artırmağa hazır olduqlarını bildiriblər.
 
Doktor Tedrosun sözlərinə görə, ÜST pandemiyaya qarşı mübarizə üçün zəruri əşyaların alınmasında ölkələrə kömək edir. Bu məqsədlə yaradılmış "təchizat portalı" adlanan onlayn platforma qoruyucu vasitələrin, oksigenin və ya hər hansı zəruri avadanlığın çatışmaması barədə xəbər verməyə imkan yaradır. Artıq 48 ölkə bu resursdan istifadə edib və ümumi dəyəri 92 milyon dollar olan malları alıblar.
 
ÜST ekspertləri Maykl Rayan və Mariya Van Kerkxove bildiriblər ki, bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər. Bəzi xəstələrin öskürəyi və təngnəfəsliyi keçmir. Mariya Van Kerkxove deyib: "Biz belə halların səbəblərini hələ öyrənirik, ona görə bu mövzuda danışmaq istəməzdim".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol