• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov 280 nəfəri tutduğu vəzifədən azad etdi

Səlim Müslümov 280 nəfəri tutduğu vəzifədən azad etdi
11.07.2014 17:12

“Azərbaycan prezidentinin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə verdiyi tapşırıqların icrası sürətlə təmin edilir. Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilmiş, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq-mühafizə orqanlarına göndərilib”.

 

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

 

S.Müslümov vurğulayıb ki, inzibati tədbirlərlə yanaşı, şəffaflığın tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə intensivləşdirilir: “Xüsusilə də həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatında avtomatlaşdırılmış sistemlərin formalaşdırılması vətəndaş-məmur təmaslarını minimuma endirəcək. Hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir və bu ilin sonuna qədər həmin proseslərin tamamlanması planlaşdırılır”.

S.Müslümov vurğulayıb ki, ötən 6 ay ərzində nazirliyin rəhbərliyinin əhali ilə təmasları intensivləşdirilib, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunması təmin edilib: “Bu müddətdə 649 nəfər vətəndaş nazir, 7845 nəfər isə nazirliyin məsul işçiləri tərəfindən qəbul edilib. Vətəndaşlardan daxil olan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq lazımi tədbirlər görülüb. Bunun nəticəsində vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalıb. Nəzarət qaydasında edilmiş müraciətlərin 698-i Baş Prokurorluğun “161 - qaynar xətt” əlaqə mərkəzindən daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azdır”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol