• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 179 obyekt barədə inzibati tədbirlər görüldü

Daha 179 obyekt barədə inzibati tədbirlər görüldü
25.06.2020 19:00
zərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 91 ictimai iaşə obyekti, 231 ərzaq satışı mağazası olmaqla ümumilikdə 322 müəssisədə reyd keçirib. 

AQTA-dan "Report"a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 179-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. 

Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

◾ Xətai rayonunda "Berlin MP” market
◾ Suraxanı rayonunda "İmza” market
Digər şəhər və rayonlar üzrə:
◾ Goranboy rayonunda "Gülüstan” market
◾ Xaçmaz rayonunda "İstanbul” kafe, Ramazanov Nazim Ənvər oğluna məxsus quru meyvələrin satışı mağazası, Hacıbəyov Şahbala Bəybala oğluna məxsus ərzaq mağazası
◾ Sabirabad rayonunda "Oba” market, "Ümid” market və Miraslanov Əmiraslan Əfqan oğluna məxsus ərzaq mağazası
◾ Qax rayonunda Ömərov Feyzulla İmamsöyün oğlu və Bayramov Mahir Yusif oğluna məxsus ərzaq mağazaları
◾ Gədəbəy rayonunda "Görüş” və "Laçın” kafeləri
◾ Lənkəran rayonu, Şiləvar kəndində "Panda” market və Ləvəngi dairəsində "Qulamoff” market
◾ Ağsu rayonunda Adıgözəlov Şamo Mais oğluna məxsus restoran, Quliyev Rzağa Gündüz oğluna, Şeydayev Rüstəm İslam oğluna və Ağasızadə Usub Asəf oğluna məxsus ərzaq mağazaları
◾ Göyçay rayonunda Qasımov Cavid Nazim oğluna məxsus ərzaq mağazası, İbrahimov Eldəniz Dursunəli oğluna məxsus ət satışı mağazası
◾ İsmayıllı rayonunda Əkbərli Orxan Allahverdi oğluna məxsus ərzaq mağazası
◾ Beyləqan rayonunda "Yaşıl Ada” və "Xan Qızı” restoranları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol