• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın üç şəhərinə gələn şəxslər karantinə alınacaq

ABŞ-ın üç şəhərinə gələn şəxslər karantinə alınacaq
25.06.2020 20:30
ABŞ-ın Nyu-York, Nyu-Cersi və Konnektikut şəhərlərinə gələn şəxslər 14 gün müddətinə karantinə alınacaqlar.

"Report"un xüsusi müxbiri xəbər verir ki, bununla bağlı Nyu-York ştatının qubernatoru Endryu Kuomo (Andrew Cuomo) qərar qəbul edib. 
Qərar xüsusilə son günlərdə koronavirus qurbanlarının sayının sürətlə artdığı ABŞ-ın Alabama, Arizona, Florida, Şimali Karolina, Cənubi Karolina, Yuta, Texas və Kaliforniyadan gələn şəxslərə şamil olunacaq.

E.Kuomo bildirib ki, yüksək infeksiya riski olan ştatlardan gələn səyahətçilər qərara könüllü şəkildə tabe olmazlarsa, 14 gün müddətinə məcburi karantin rejimi, daha sonra isə cərimələr tətbiq ediləcək. Belə ki, həmin şəxslər ilk qayda pozuntusuna görə 2 000 ABŞ dolları, növbətidə 5000 ABŞ dolları, qərara məhəl qoymadıqları təqdirdə isə 10 000 ABŞ dollarınadək cərimə olunacaqlar.

Qubernator son bir həftədə ABŞ-ın 27 ştatında koronavirus qurbanlarının sayının sürətlə artdığını deyərək Nyu-Yorkun yenidən pandemiyanın episentri olmaması üçün bütün tədbirləri alacağını vurğulayıb.

Qeyd edək ki, iyunun 22-dən etibarən Nyu-York şəhərində mağazalar, pərakəndə ticarət mərkəzləri, restoranlar, bərbərxanalar və gözəllik salonları fəaliyyətə başlayıb. Qubernator və bələdiyyə sədri insanların normal yaşamına beş mərhələdə dönəcəyini və bunun üçün xüsusi proqram tətbiq edildiyini açıqlayıb. Hazırda Nyu-York şəhərində ikinci mərhələ tətbiq olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol