Yasamaldakı görüntülər klip çəkilişindən imiş - Video

Dünəndən sosial şəbəkələrdə Yasamal rayonunda polisə dəstək üçün eyvanlardan mahnı oxuyan gənclər müzakirələrə səbəb olub.
Anews.az xəbər verir ki, 10 gənc eyvanda mahnı oxuyaraq polisə gül atıb. Xalq artisti Zeynəb Xanlarovanın "Yaşa, Azərbaycan!” mahnısını oxuyan gənclərin muğam müsabiqələrinin qalibləri və laureatları olduğu məlum olub.
İdeyanın təşəbbüskarlarından biri, bir çox muğam festivallarının qalibi Gülzar Fərəcova "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən görüntülər klip çəkilişindəndir:
Orada ifa edənlərin əksəriyyəti qarabağlıdır. Damarlarımızda Qarabağ qanı axır. Aramızda neçə nəfərin ailəsində şəhidlər olub. Mənim atam Qarabağ əlilidir. 1992-94-cü illərdə Ağdamda baş verən döyüşlərdə iştirak edib. Həmçinin əmim oğlu da torpaqlarımız uğrunda şəhid olub. Həmkarımız Elgizin atası isə gözündən əlildir. O da Qarabağ döyüşlərinin iştirakçısı olub. Bundan başqa, iki dayısı itkin düşüb, onlardan hələ də xəbər yoxdur. Bir dayısı isə şəhid olub.
Bunları deməkdə məqsədim odur ki, bu çətin günlərdə bizi qoruyanlardan biri də polis işçiləridir. Onlara bacardığımız kimi dəstək olmağa çalışdıq. Həm də bina sakinləri üçün qısa müddətlik də olsa həyatlarına əyləncə qatmaq istədik.
Təsəvvürünüzə gətirirsiniz, ermənilər ayaqüstə ifamı alqışlayıb. Litvanın ən çox ermənilərin yaşadığı Birştonas şəhərində müsabiqədə iştirak edərək yenə də "Qarabağ” mahnısını ifa etdim. Qalib gəlməyim qalsın bir kənara, düz bir ay Azərbaycan bayrağı həmin şəhərdə dalğalandı. Görəsən indi bizə qara yaxmağa çalışanlar onda harda idilər? Niyə bu uğurlarımız barədə bir cümlə belə yazmamışdılar? Bəli, biz həmin çəkilişdən sonra dönər sifariş etmişik və elə klipimizin çəkildiyi parkda da yemişik. Nə var ki bunda?
Biz Azərbaycanı onun hüdudlarında tanıdan gənclərik. Mədəniyyət işçiləriyik. Bizim mədəniyyətsizliklə işimiz yoxdur. Bu qədər Qarabağlı muğam ifaçısını bir araya toplayaraq insanlara xoş bir şey etmək istədik. Əslində sizə bir şeyi də etiraf etmək istəyirəm. Bizim bu təşəbbüsümüz polislərin peşə bayramına həsr etdiyimiz klipin bir hissə idi. Düzdür biz onu məhz iyulun 2-də təqdim etmək istəyirdik. Ancaq bu gün edəcəyik. Görəsən belə məlumatlar yazan o insanlar kimə qulluq edir?
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























