TƏBİB rəsmisi: “Xəstə sayının artması qaçılmazdır”

"Bir çox xəstələri müşahidə və müalicə edə bilərik. Elə olsa, digər xəstəliklərdən əziyyət çəkənlərə necə xidmət göstərə bilərik?! Tibb işçilərini sırf koronaviruslu xəstələrə xidmət üçün yönəltsək, necə olacaq?!”
Anews.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
"İstəyimiz resurslarımızı düzgün formada bölüşdürməkdir. Xəstə sayının artması qaçılmazdır, amma əsas odur ki, bu, nəzarət altında olsun”, - TƏBİB rəsmisi bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























