Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq Beyləqandakı qətllə bağlı məlumat yayıb.
"Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib.
Prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq-əməliyyət tədbirləri davam etdirilir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























