• $
  • €
  • ₽
  • ₺
  • £

Polis əməliyyat keçirdi - 57 kq narkotik aşkarlandı

Polis əməliyyat keçirdi - 57 kq narkotik aşkarlandı
27.06.2020 18:30
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qram təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb. 
Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kq-dan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol