Buraxılış imtahanlarının nəticələri açıqlandı

İyunun 24-25-də keçirilən doqquzuncu sinif buraxılış, doqquz illik təhsil bazasında kolleclərə qəbul, doqquz və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:
– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Doqquzuncu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 9314 nəfərdən 356 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 642 nəfərdən 149 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 890 nəfərdən 53 nəfər imtahana gəlməyib. İki nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahanın nəticələri 27 iyun saat 12:34-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























