Azərbaycanda ilk dəfə dağ kombaynları istifadəyə verilib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" ASC ilk dəfə dağ kombaynlarını yerli fermerlərin istifadəsinə verib.
Bu il Prezident İlham Əliyev dağlıq ərazilərdəki əkin sahələrində biçinin həyata keçirilməsi üçün yeni dağ kombaynlarının alınmasına vəsait ayırıb. Artıq "Aqrolizinq" 25 ədəd dağ kombaynı alaraq onlardan 6-nı ölkəyə gətirib. Kombaynlar bu gün çətin relyefli sahələrdə test edilib və fermerlərə təqdim olunub. Onlar Cəlilabad rayonunun Ləzran kəndində biçin işləri aparıb. Yardımlı və Lerik rayonlarında da bu kombaynlar çalışır.
Ölkəyə gətirilən yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq.
Kombaynın 6 000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərə təmiz və bol məhsul yığmaya kömək edəcək. Biçinə aran rayonlarındakı arpa sahələrindən başlanılıb və proses, demək olar ki, yekunlaşıb. Hazırda dağ rayonlarında buğda biçini, eləcə də dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.
Dağ kombaynları Cəlilabad, Yardımlı və Lerik rayonlarında işlərini bitirdikdən sonra, digər dağlıq rayonlarda (biçinin gec başladığı Gədəbəy, Daşkəsən və s. rayonlarda) fermerlərə xidmət edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























