Rayonlarda koronavirusla bağlı ən son vəziyyət

TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.
"Qafqazinfo” xəbər verir ki, bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.
Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























