Karantin qaydalarını pozan sərnişin daşıyan sürücü belə saxlanıldı

Xızıda sürücü karantin qaydalarını pozub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.
Məlum olub ki, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan "Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları ölkənin şimal rayonlarına aparacağını vəd edərək, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























