Gömrükçülər daha bir qaçaqmalçılığın qarşısını aldı- RƏSMİ

Dövlət Gömrük komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Anews.az DGK-ya istinadən məlumat verir.
Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.
Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volvo" markalı və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi " İVECO" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























