Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirildi

Almaniyanın Frankfurt şəhərində yerləşən bir qaçqın yataqxanasında polis, bələdiyyə və "Diakonie” təşkilatının əməkdaşlarının birgə iştirakı ilə əməliyyat keçirilib.
Anews.az xəbər verir ki, bu barədə "Report”un Avropa bürosuna həmin yataqxanada qalan Azərbaycan vətəndaşlarından daxil olan məlumatda deyilir ki, polis əməkdaşları və yataqxananın mühafizəçiləri səhər saatlarında otaqlara bir-bir girərək, elektriklə işləyən bütün cihazları toplayıblar. Buna səbəb isə, yataqxanada ümumi mətbəxlərin olmasına baxmayaraq, sakinlərin əlavə elektrikli sobalardan və su qızdırıcılarından istifadə etməsi olub. Hətta keçən həftə otaqlardan birində qısaqapanma nəticəsində yanğın baş verib.
Bundan sonra polis və yataqxana mühafizəçiləri məcbur bir-bir otaqlara girərək elektrikli cihazları toplayıblar.
Azərbaycan vətəndaşları bildiriblər ki, yaşadıqları yataqxanada sakinlər arasıda qaşınma xəstəliyi də yayılıb. Artıq sakinlərdən vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər. 54 sakində ağır formada qaşınma xəstəliyi qeydə alınıb. Xəstəliyin sürətlə yayılması bələdiyyəni hərəkətə gətirib. Bələdiyyə işçiləri ötən gün yataqxanaya gələrək, otaqları dərmanlayıblar.
Soydaşlarımız bildiriblər ki, qaldıqları yataqxanada vəziyyət olduqca ağırdır.
İndi yataqxanada yanğın təhükəsizliyi sistemlərinin qurulması üçün sakinlərin yaxınlıqdakı məktəbin idman zalına köçürülməsi müzakirə edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























