• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTOLAR

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTOLAR
30.06.2020 10:59
Azərbaycanda müəllimə sosial şəbəkədəki paylaşımlarına görə töhmət verilib.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Masallı rayonu, Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Abdinov Rabil Ramiz oğlundan gedir.

Paylaşımda qeyd olunub ki, həmin müəllimə sosial şəbəkələrdəki qeyri-etik paylaşımlarına görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub. Lakin şifahi xəbərdarlığa fikir verməyən müəllim sosial şəbəkədə mütəmadi olaraq, peşəsinə yaraşmayan ifadələrlə paylaşımlarını davam etdirib.

Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbinin direktoru Tahir Bağırov şifahi xəbərdarlıqlara məhəl qoymayan müəllimə töhmət verilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, Abdinov Rabil Ramiz oğluna "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci maddəsinin "b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Müəllim isə mövcud vəziyyətə etiraz edərək bunu öz hesabında paylaşıb. O bildirib ki, heç kim ona şifahi xəbərdarlıq etməyib:

"İddia edilir ki, bu əmrin verilməsi üçün müvafiq sənədlər olub. Məktəbin direktoru mənimlə bir neçə ildir danışmır və heç vaxt da şifahi xəbərdarlıq etməyib. Mən bu töhmətdən bir nəticə çıxarmadım. Əksinə, mənim boynuma qoyulan təhqirləri davam etdirəcəyəm”. //oxu.az



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol