Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu

"Bu günə olan məlumata görə 2 vəkilimiz Covid-19 yoluxub, xəstəliklə mübarizə aparırlar".
Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.
O, əlavə edib ki, virusa yoluxan vəkillərlə əlaqə saxlayıb: "Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm.
Vəkil Cimnaz Eyubova xanımla biraz olar ki, danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur, bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, VK üzvüdür, mübarizdir, güclü iradəyə malikdir, bu xəstəliyə qalib gələcəyinə əminəm".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























