Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ

Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi gözlənilir.
Onun sözlərinə görə, iyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir.
Direktor müavini bildirib ki, adətən, yay aylarında Azərbaycan ərazisində yağıntının az düşməsi müşahidə edilir. Bu il isə yağıntıların daha da az olacağı gözlənilir. Bununla yanaşı, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə edilir ki, bu da bir tərəfdən quraqlıqların daha çox olacağını şərtləndirir:
"Əgər havanın sutkalıq temperaturu normadan 4-5 dərəcə yüksək olursa, isti külək əsirsə, havanın nisbi rütubəti 30 faiz və daha aşağı olursa, onda belə hava şəraiti quraq adlanır. Quraqlıqların yaranmasının əsas səbəbi iqlim amilləri, xüsusilə temperaturun yüksəlməsidir. Azərbaycanda son 30 ildə - təxminən 1990-cı ildən indiyədək havanın orta illik temperaturu çoxillik iqlim normasına nisbətən 0,6,-15, dərəcə yüksəlib”.
M.Həsənov qeyd edib ki, Azərbaycanın ən quraq ərazisi olan Kür-Araz ovalığındakı Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və s. rayonlar ölkəmizin əsas kənd təsərrüfatı rayonlarıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























