• $
  • €
  • ₽
  • ₺
  • £

Elektron xidmətlərlə bağlı yeni layihəyə start verildi

Elektron xidmətlərlə bağlı yeni layihəyə start verildi
02.07.2020 22:30
"Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında "Aran regionu üzrə vətəndaşların elektron xidmətlərlə bağlı maarifləndirilməsi” layihəsinin icrasına start verib.

Layihə barədə məlumat verən təşkilatın sədri Ruslan Xəlilov bildirib ki, məqsəd əhalinin elektron xidmətlərdən istifadə və bacarıqlarının artırılmasını təmin edmək, bu xidmətlərin üstünlükləri barədə onları maarifləndirməkdir.

3 ay davam edəcək layihə çərçivəsində sosial şəbəkələrdə elektron xidmətlərlə bağlı maarifləndirici və informativ xarakterli səhifələr yaradılacaq, internet televiziyalarında debatlar təşkil olunacaq, elektron portallarda uyğun materiallar yerləşdiriləcək.

R.Xəlilov hesab edir ki, xüsusilə də, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün elan edilmiş karantin dövründə vətəndaşların elektron xidmətlərdən yararlanması olduqca aktualdır: "Evdə qal, e-xidmətlərdən yararlan” şüarına əsaslanan bu layihə təkcə Aran bölgəsində yaşayan sakinlərimizi deyil, bütün ölkə vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir və hər kəs bu layihənin verdiyi imkanlardan yararlana biləcək”.

Layihə çərçivəsində həmçinin e-xidmətlər üzrə kifayət qədər bacarığı olmayan insanlara yardımlar göstəriləcək: "Hansısa e-xidmətdən istifadə edə bilməyən vətəndaşlar təşkilatımıza müraciət edərlərsə, ona yardımlar göstəriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol