Sərt karantinlə bağlı daha bir YENİLİK

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməlidir.
Report.az-ın xəbərinə görə, təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.
Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.
Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























