AzTV kanal rəhbərliyini qınayanlara belə cavab verib

AzTV iki əməkdaşının koronavirusdan dünyasını dəyişməsinə görə sosial şəbəkədə televiziya rəhbərliyini dezinfeksiya tədbirlərini görməməkdə qınamasına cavab verib.
Anews.az xəbər verir ki, televiziyadan "Qafqazinfo”ya daxil olan məlumata görə, ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslər, sosial şəbəkə istifadəçiləri QSC rəhbərliyini qınayıb, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlar edib.
Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.
Xatırladaq ki, AzTV-nin 2 əməkdaşı- Samir Nemətzadə və Etibar Babayev koronavirusdan vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























