• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər Azərbaycanda “Da Vinçi”-nin sirrini axtaracaq

Gənclər Azərbaycanda “Da Vinçi”-nin sirrini axtaracaq
10.07.2014 15:11
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə DVC tərəfindən gənclər arasında “Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsinə start verilib. Layihədə Azərbaycanın 8 bölgəsinin 15 ali təhsil müəsisəsini təmsil edən gənclər iştirak edəcək. Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında komanda ruhunun formalaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması, qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsi və onların gələcək əməkdaşlıqlara həvəsləndirilməsi.“Kod Da Vinçi” məntiqi intellektual oyunu – bir komanda oyunudur. Oyunun əsas mahiyyəti, komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur. Oyunçular məntiqi tapmacanın (sualın, tənliyin və s.) “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmaçanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən meydançanın hər yerində gizlədilə bilər. Oyun müxtəlif yerlərdə keçirilə bilər: klubda, parkda, açıq təbiətdə, ofisdə və müxtəlif müvzuları əhatə edə bilər.Turnirin gedişatı canlı olaraq DVC-nin “facebook” sosial şəbəkəsində rəsmi səhifəsində əks olunacaq. Turnirin gedişatı haqqında canlı məlumat əldə etmək üçün www.facebook.com/dvc.pu səhifəsini bəyənmək lazımdır.Məlumat üçün qeyd edək ki, oyun DVC - nin “ekskluziv” məhsuludur. 2006-cı ildən bugünə qədər dövlət qurumları, beynəlxalq strukturlar və özəl şirkətləri təmsil edən 1500-dən çox nümayəndə “Kod Da Vinçi” məntiqi intellektual oyununun iştirakçısı olmuşdur. Onlar arasında: SOCAR, Procter & Gamble, Coca-Cola, Azercell, Azerfon, Pasha Insurance, Pasha Life, "Təmiz Şəhər" ASC, GRBS, Gənclər və İdman Nazirliyi, Regional Gənclər və İdman İdarələri və s.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol