• $
  • €
  • ₽
  • ₺
  • £

Mirvari Qəhrəmanlı Xətai icra başçısından gileyləndi

Mirvari Qəhrəmanlı Xətai icra başçısından gileyləndi
03.07.2020 16:57
Xətai rayon icra başçısı Rafiq Quliyevin zibil yeşiklərini ləğv etdirməsi sakinlərin narazılığına səbəb olub. 

Anews.az bildirir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, əhali zibili küçəyə atmaq məcburiyyətində qalıb: "Pandameya dövründə, virusun artdığı bir zamanda yaşadığımız qəsəbədən iyun ayının 17-dən qəsəbədəki zibil qabları MİS(JEK) tərəfindən götürülüb və 500 metr məsafədə, Bakı neftayırma zavoduna məxsus olan sexin girəcəyinə atılıb. MİS nümayəndəsi isə əhaliyə məlumat verib ki, bunu onlara İcra Hakimiyyətindən tapşırıblar.

Həmin tapşırığın hansı formada və niyə olduğu aydınlaşdırılmır. Neçə müddətdir ki, əhali əziyyət çəkir. 500 metr məsafəni gedə bilməyən yaşlı, xəstə insanlar zibili küçəyə atmağa məcbur olur. Minik maşını olan sakinlər zibillərini maşınla daşımağa məcburdurlar. Sərt karantin dövründə İH-nin bu qərarı sakinlər üçün ciddi problem, virusun daha çox yayılması üçün isə şərait yaradıb. Problem həllini tapmasa virusun daha sürətlə yayılmasına təkan verə bilər”. 

Qəhrəmanlı həmçinin yazıb ki, mövcud problemlə əlaqədar Bakı şəhər İH-nin saytında qeyd olunan (994 12) 492-63-11 saylı telefona və Xətai rayon İH-nin saytında göstərilən (994 12) 490-08-08 telefonla zəng edib vəziyyəti izah edib onlardan problemin həlli üçün kömək istənilib:
 
 "Bundan əlavə Bakı şəhər və Xətai rayon İcra Hakimiyyətlərinin veb-səhifələrində əlaqə üçün qeyd olunan e-mail adreslərinə ([email protected]) və[email protected] mövcud problemin həlli üçün müraciətlər də göndərməyimizə baxmayaraq hələ də müraciətlərimizə heç bir cavab verilməyib. Onlara da evdən çıxmağa icazə verilmir?”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol