• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs olunan bank sədrinin xaricdəki əmlakları aşkarlanıb

Həbs olunan bank sədrinin xaricdəki əmlakları aşkarlanıb
04.07.2020 15:46
Bir neçə gün öncə həbs edilməsi ilə bağlı xəbər verdiyimiz  "Zaminbank” ASC-nin sədri Nadir İsmayılov barəsində yeni detallar üzə çıxıb.

Anews.az Unikal.org-a istinadən xəbər verir ki,N.İsmayılov Böyük Britaniyanın paytaxtı Londonda bir neçə obyekt, eləcə də 8 milyon funt sterlinq (17 mln AZN) dəyərində villanın sahibidir.

ASC sədrinin İstanbulda da bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir.

Daxil olan məlumata əsasən, N.İsmayılov Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir.
Bildirilir ki,  bank rəhbəri Milli Məclisin keçmiş sədri Oqtay Əsədova yaxın insandır. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa  kömək edib. 

ASC sədrinin sabiq baş prokuror Zakir Qaralovla da yaxın münasibətləri üzə çıxıb. Belə ki, N.İsmayılov eks-baş prokurora məxsus "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq ona xaricdə əmlak əldə etməyə kömək edib. 

Bildirilir ki, "Zaminbank” ASC 4 il bundan öncə  müflis elan edilməsinə və haqqında çoxsaylı şikayətlərin olmasına, eləcə də maliyyə yeyintilərinə baxmayaraq, bu müddətdə bank sədrinin fəaliyyətinin araşdırılmamasına səbəb məhz onun Z.Qaralovla yaxın münasibətləri olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol