Türkiyədəki fabrikdə baş vermiş partlayışa görə 3 nəfər haqqında həbs qərarı çıxarıldı

Türkiyənin Sakarya vilayətindəki pirotexnika istehsalı fabrikində baş vermiş partlayışa görə 3 nəfər haqqında tutulma qərarı çıxarılıb.
Anews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə qərar Sakarya Cumhuriyyət Prokurorluğu tərəfindən verilib.
Qeyd edək ki, iyulun 3-də Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib. Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.
Partlayış nəticəsində 4 nəfər ölüb, 114 nəfər yaralanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























