İsmayıllıya istirahətə gedənlər saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdiyi reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq istirahətə gələn şəxslər barəsində qanunauyğun müvafiq tədbirlər görülüb.
Anews.az xəbər verir ki,bu barədə "Report”un Yuxarı Şirvan bürosu məlumat bildirib.
Qeyd edilir ki, şəxsi nəqliyyat vasitələri ilə İsmayıllı rayonu ərazisinə gələn şəxslər planşetlə yoxlanılıb və bəzilərinin icazəsiz gəldikləri müəyyən olunub.
Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Bu istiqamətdə tədbirlər İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























