• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərdə yasa gedənlər və qonaqlıq edənlər cərimələndilər - həbs edilənlər də var

Tərtərdə yasa gedənlər və qonaqlıq edənlər cərimələndilər - həbs edilənlər də var
06.07.2020 10:19
Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər müəyyən edilərək cərimə olunublar.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb.

Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyatı üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Bundan əlavə Tərtər RPŞ-nin və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı yas mərasimində 6 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etdmədiyi də aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol