• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir məşhur oteldə karantin qaydaları belə pozuldu - VİDEO

Bakıda daha bir məşhur oteldə karantin qaydaları belə pozuldu - VİDEO
06.07.2020 11:32
Bakıda daha bir məşhur oteldə karantin qaydaları pozuldu.
 
 Anews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, həmin görüntülər  məşhur otel "Hyatt Regency Baku" da çəkilib.


Kadrlardan aydın görünür ki, onlarla insan otelin hovuzunun kənarında dincəlir.
 
Hotelin gigiyena və sağlamlıq üzrə meneceri Ramin Əzizov  isə  bildirib ki, sosial şəbəkələrdə yayılan video sərt karantin rejimindən əvvəl çəkilib.


"Hotelimizdə ölkədə elan edilən karantin qaydalarına riayət edilir. Yayılan görüntülər Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə elan edilən karantin rejiminin yumşaldılması zamanı çəkilib. Operativ qərargahdan soruşmuşduq ki, hotelin qonaqları daxili hovuzun kənarında otura bilərlər?Onlar bildirdilər ki, hovuz hotelin daxilindədisə, sosial məsafə qorunmaq şərti ilə olar. Şəkillər və video o zaman çəkilib. Sərt karantin olan kimi hoteldə olan qonaqlara məlumat verildi ki, hovuz ətrafına düşməyə icazə verilmir. İstədiyiniz zaman gəlib baxa bilərsiniz”, deyə  Əzizov vurğulayıb. 

Amma videoda insanların sosial məsafə qoruduğu aydın bilinmir. 

Qeyd edək ki, dünən "Fairmont Baku” hotelində də xüsusi karantin rejiminin pozulması ilə bağlı görüntülər yayılmışdı.  Karantin qaydalarını pozanlar saxlanılmışdılar.
 
Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol