• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlar 2 saatlıq icazədən hansı məqsədlə istifadə edə bilər?

Vətəndaşlar 2 saatlıq icazədən hansı məqsədlə istifadə edə bilər?
06.07.2020 16:46
Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. 
 
Bu günlər ərzində evlərini tərk etmək üçün vətəndaşlar  ya SMS icazə tətbiqindən istifadə etməli, ya da fəaliyyətinə icazə verilən qurumların işçiləri icaze.e-gov portalında onları qeydiyyatdan keçirməlidirlər. 
 
Buna baxmayaraq bir qisim vətəndaşlar  SMS icazə tətbiqindən istifadə edib küçəyə çıxsa da, problemlərlə üzləşib.
 
Belə ki, vətəndaş yolda polisə təsdiq mesajını göstərərək açıq havada gəzdiyini bildirdiyi halda, polis buna müdaxilə edib. Vətəndaşa SMS icazədən yalnız market və aptekə getmək üçün istifadə edilə bilər deyib, cərimə oluna biləcəyi barədə xəbərdarlıq edib. 
 
Bu kimi hallar  vətəndaşlarda çaşqınlıq yaradıb.
 
Bəs vətəndaşlar 2 saatlıq icazədən hansı məqsədlər üçün istifadə edə bilər? Qanun bununla bağlı nə deyir?
 

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, 2 saatlıq icazə təkcə ərzaq və tibbi zərurəti ödəmək üçün deyil.
 
"Ötən karantin rejimi üçün  verilən qərarlarda açıq havada gəzmək bəndi göstərilməsə də, son tənzimləmədə bu, göstərilir. Parkların açıq saxlanılması təkcə işə gedib-gələnlərə şamil edilmir. Eyni zamanda SMS icazə ilə evdən çıxan vətəndaşlar park və ya bulvarda immun sisteminin gücləndirilməsi üçün dincələ, günəş altında D vitamini qəbulu üçün gəzə bilər",- deyə o bildirib.


 
Ələsgər Məmmədli  həmçinin söylədi ki, baş verən proseslərin heç biri qanuni deyil.

"Hazırda qanunda Operativ Qərargahın verdiyi qərarlarla bağlı heç bir norma yoxdur. Verilən qərarlar qanundan kənar tənzimələmələrdir. Bir çox halda isə  açıq şəkildə insanların təməl hüquqlarının məhdudlaşdırılmasıdır".
 
 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev isə deyir ki, vətəndaşlar Operativ Qərargahın göstərdiyi qərarlar çərçivəsində yaşayış yerlərini tərk edə bilərlər.

Həmin qərarda bildirilir:

 
Mövzu ilə bağlı sosial şəbəkələrdə izləyicilər arasında sosial eksperiment keçirdik.

"Vətəndaş 2 saatlıq icazədən hansı məqsədlə istifadə edir?" sorğusunda 287 şəxs iştirak edib.
 
ANEWS.az həmin nəticəni təqdim edir: 

 
 Hazırladı:  Samirə Əliyeva


 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol