Kəmaləddin Heydərovun rəhbəri olduğu Federasiyada nə baş verir?- MÜSAHİBƏ

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbəri olduğu Azərbaycan Taekvondo Federasiyasında pandemiya dövründə ixtisarların olması barəsində iddia ortaya atılıb.
Anews.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Nağı Səfərov Unikal.org-a qurumun son durumu ilə bağlı müsahibə verib.

O, müsahibəsində cəmi bir əcnəbi idmançının ölkəsinə qayıtmadığını da deyib.
Hətta federasiya rəsmisi pandemiya dövründən sonra da idmançıların məşqlərinin rəsmi bazada keçiriləcəyini deyib:
- Bildiyiniz kimi, koronavirus bütün sahələrə, eləcə də də idman cəmiyyətinə təsir edib. Bəs siz idmançıların durumu ilə maraqlanırsınız?
- İdmançılarla və eləcə də məşqçilərlə demək olar ki, hər gün əlaqə saxlanılır. Onların durumu ilə mütləq maraqlanılır.
- Pandemiyadan sonra məşqlər üçün hara tərcih ediləcək?
- Məşqlər məlum səbəblərdən dayandırılıb. Təlim-məşqlərimiz bərpa olunan zaman Taekvondo Federasiyasının rəsmi bazasında davam edəcək.
- Radik İsayev, Milad Beigi və Qasım Maqomedov öz ölkələrindədir.
Qadınlardan ibarət millimizin üzvü Patimat isə Bakıdadır. Onların hamısı ilə tez-tez əlaqə saxlayıb maraqlanırıq.
- Hal-hazırda hamısının səhhəti normaldır. Hamısının sağlıq durumu yaxşıdır.
- Bu məsələyə karantin vaxtı bitəndən sonra baxılacaq.
- Əlbəttə, bizim Federasiyanın həm idmançıları, həm də işçi heyəti vaxtında əmək haqlarını alırlar.
- Kimə hansı iş həvalə olunubsa, hamısı da öz yerlərində işlərini davam etdirir. Ümumilikdə Federasiyada hər şey qaydasındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























