• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda yeni yoluxma göstəricisi 0.0%

Naxçıvanda yeni yoluxma göstəricisi 0.0%
07.07.2020 14:37
TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son statistikaya əsasən, bəzi bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakı və eləcə də Abşeron rayonunda isə artım müşahidə olunur.

ANEWS.az xəbər verir ki, bu dəfə də bölgələrdə ən çox yoluxma halı Gəncə-Qazaxda müşahidə olunsa da, rəqəmlərdə azalma gözə çarpır. Belə ki, yoluxma faizi 9,4-dən 8,4-ə düşüb.

Digər regionlara nəzər saldıqda isə Aran bölgəsində 7,5%(azalma), Lənkəranda 5,8%(azalma), Quba-Xaçmazda 1,6%(azalma), Şəki-Zaqatalada 1,4%(eyni), Dağlıq Şirvanda 1,2%(azalma), Yuxarı Qarabağda 1,1%(azalma) yoluxma faktı müəyyən olunub.

Naxçıvanda isə yoluxma faktı qeydə alınmayıb: 0,0%

Aktiv halların ərazi üzrə bölgüsünə nəzər saldıqda görərik ki, Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncə 3%, Cəlilabad 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% yoluxma faktı müəyyən edilir.

Hazırda Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdab rayonları epidemioloji vəziyyətin qənaətbəxş hesab olunduğu bölgələrdir. Yoluxma halı 4-7 arasında dəyişir.

Salyan, Astara, Biləsuvar, Ağcabədi, Neftçala, İsmayıllı rayonları üzrə aktiv xəstə sayında artım müşahidə edilir. Bu bölgələrin "narıncı” zonaya keçməməsi üçün müvafiq epidemioloji nəzarət tədbirləri görülür.

Son günlərdə yüksək yoluxma sürəti müşahidə edilmiş Şəki rayonu isə artıq narıncı zonaya daxildir.
Qeyd edək ki, Operativ Qərargahın sonuncu brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvanda indiyə qədər 142 yoluxma  aşkarlandığını demişdi: "126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 aktiv xəstənin müalicəsi davam edir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol