• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınların vedrəylə su daşıması videosu haqda RƏSMİ AÇIQLAMA

Qadınların vedrəylə su daşıması videosu haqda RƏSMİ AÇIQLAMA
07.07.2020 17:10
Sosial şəbəkələrdə Suraxanı rayonundakı parkda qadınların ağacları sulamaq üçün vedrəylə su daşımasının görüntüləri yayılıb. Video yayılandan sonra ağacları sulamaq üçün suvarma sisteminin qurulmaması və işçilərin bu formada əziyyət çəkməsi tənqid edilib. 

Anews.az xəbər verir ki, "Qafqazinfo” məsələylə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. 

Cavab olaraq bildirilib ki, sözügedən görüntülər Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 6 ha sahəsi olan Heydər Əliyev parkının yaxınlığındakı ərazidə çəkilib: "Elxan Həsənov və Park küçələrinin kəsişməsində yerləşən 3 ha sahəsi olan həmin ərazi uzun müddət baxımsız qalmış şam ağaclarından ibarət olub.
 
Lakin ətraf-mühitin mühafizəsi, əhalinin istirahəti və asudə vaxtının səmərəli təşkili məqsədilə hazırda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən orada yeni parkın salınması işləri davam etdirilir. Salınan istirahət parkının ərazisində mövcud yaşıllıqlara qulluq göstərilərək ağaclar budanıb, yeni ağaclar əkilib, sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə piyada zolaqları salınıb.

Heydər Əliyev parkının yaxınlığında salınan sözügedən yeni parkda suvarma şəbəkəsinin qurulması üçün su xəttinin çəkilişi məqsədilə aidiyyəti üzrə "Azərsu” ASC-yə RİH tərəfindən rəsmi məktub ünvanlanıb.

Məlumat üçün bildiririk ki, xüsusi karantin günlərində havanın kəskin isti və quraq keçməsi ilə əlaqədar salınan parkda mövcud yeni yaşıllıqların məhv olmasının qarşısının alınması məqsədilə Suraxanı Rayon Yaşıllaşdırma Sahəsinin işçiləri tərəfindən yaxınlıqdakı Heydər Əliyev parkının su xəttindən müvəqqəti istifadə olunaraq ağaclara qulluq edilir”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol