Millət vəkilindən ürək dağlayan paylaşım

Dünən tanınmış idmançı, Avropa və Dünya çempionu Rüfət Güləliyevin, bu gün isə Qarabağ müharibəsi veteranı, "Azərbaycan Bayrağı" ordenli Zöhrab Alıyevin vəfatı barədə xəbərlər məni dərindən kədərləndirdi. Onların hər ikisi vətənpərvər, xalqımıza və dövlətimizə şərəflə xidmət edən insanlar olub. Fərqli cəbhələrdə, amma eyni amal uğrunda – Azərbaycan uğrunda, üçrəngli müqəddəs bayrağımız uğrunda mübarizə aparıblar.
Rüfət çox gənc idi. Onu qarşıda uğurlu karyera, böyük zəfərlər gözləyirdi. Belə erkən dünyasını dəyişməsi qəlbimizi göynədir.
Zöhrab Alıyev vətənin çağırışına ilk səs verənlərdən, əlinə silah alıb düşmən qarşısına çıxan ilk könüllülərdən idi. Laçında və Füzulidə gedən döyüşlərdə igidlik, şücayət göstərmişdi. Hoçaz dağı uğrunda döyüşdə yaralansa da, sağalan kimi yenidən səngərə qayıtmış, düşmənlə mübarizəni davam etdirmişdi. Bir qazi olaraq hər zaman işğaıçılarla – gözəgörünən düşmənlərlə döyüşə hazır idi...
Təəssüf ki, bu gün o, bütün dünyanın mübarizə apardığı gözəgörünməyən düşmən – koronovirus COVİD-19 virusuna məğlub oldu.
Rüfət Güləliyev və Zöhrab Alıyevin vəfatı ilə bağlı ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Onların xatirəsi bizim üçün daim əziz olacaq.
COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə vəziyyət o səviyyəyə çatıb ki, artıq hər birimizin ətrafında, yaxınında, hətta ailəsində kiminsə virusa yoluxduğunun şahidi oluruq. Hər bir həmvətənimizi, o cümlədən seçicilərimi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qayda və tələblərə əməl etməyə, sosial məsafə saxlamağa, qoruyucu vasitələrədən istifadəni qətiyyən yaddan çıxarmamağa, çağırıram. Hər birimiz bilməliyik ki, bu tələblərə əməl etməklə, sadəcə, özümüzü yox, ailə üzvlərimizi və doğmlarımızı da qorumuş oluruq. Gəlin, bu gözəgörünməz düşmənə qarşı birlikdə mübarizə aparaq. #bizbirlikdegucluyuk
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib