ATU-da koronavirusa yoluxan 57 tibb işçisini kim əvəz edir?

Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında ümumilikdə 57 nəfər tibb işçisi koronavirusa yoluxub. Yoluxmaların həkimlər arasında sürətlə artması səbəbindən artıq bir çox xəstəxanada həkim çatışmazlığı müşahidə olunur və bir neçə tibb müəssisəsi tibbi personal üçün vakansiya elan edib. Bəs ATU-nun klinikalarında yaranmış bu vəziyyət də orada həkim çatışmazlığına səbəb ola bilərmi?
"Tədris Cərrahiyyə Klinikasında ümumilikdə 33 nəfər tibbi personal virusa yoluxub, onların 8-i həkim və həkim-rezidentdir. Qalanları tibbi personaldır. Tibb bacıları, texniki və sanitar işçilər var. Tədris Terapevtik Klinikasında isə virusa yoluxmuş 24 tibbi personaldan 3-ü həkim digərləri isə tibb işçiləridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























