Azərbaycanda ECMO aparatı Bəhram Bağırzadədən başqa kimlərə qoşulub?

Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Əməkdar artist Bəhram Bağırzadəyə qoşulan ECMO cihazı hələlik başqa xəstə üçün istifadə edilməyib.
Mərkəzin rəisi qeyd edib ki, indiyədək bir xəstə üçün istifadədə yüksək nəticə verən cihazın effektivliyi 100 faiz qiymətləndirilir:
"Bizim xəstəxanada koronaviruslu xəstələrin müalicəsinə iyunun 11-dən başlanılıb. İyunun 13-də isə cihazı ehtiyacı olan xəstəyə taxmışıq. Hələlik bir xəstə üçün istifadə edildiyindən və müsbət nəticələr əldə olunduğundan effektivliyi 100 faiz hesab edilir.
Aparat hazırda reanimasiyada yatan xəstələrin yanındadır. Təbii ki, ehtiyacı olan xəstə üçün dərhal istifadə ediləcək. Hələ ki belə vəziyyət yaranmayıb, ümid edirik ki, yaranmaz da”.
R.Mahmudov deyib ki, xəstəxanada müalicə alan bütün xəstələrin müalicəsinə məsuldurlar:
"O cümlədən də Bəhram Bağırzadənin. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir”.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























