“e-Tabib”lə yoluxmanın qarşısını al!

Tətbiqdən istifadə edən Bakcell abunəçilərinə
hədiyyə
Bakcell şirkəti "Covid-19”la mübarizə tədbirləri
çərçivısində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub. Belə ki,
Bakcell abunəçiləri "e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz
istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə
100 MB həcmində internet trafiki hədiyyə olunur.
"e-Tabib” yoluxmanın qarşısını almağa
kömək edir. Belə ki, "bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində
təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından
xəbər tutur və ona "Covid-19” testindən keçmək tövsiyə olunur.
Azərbaycanda "Covid-19” virusuna
yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar,
tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar
da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti
yanında Operativ Qərargahın və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat
və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar
yerləşdirilib. "e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün
"Google Play” və "Appstore” portallarından yükləmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























