• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Nəqliyyat Agentliyindən "Tender" açıqlaması

Bakı Nəqliyyat Agentliyindən "Tender" açıqlaması
08.07.2020 16:08
"Son günlər sosial şəbəkələrdə "Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır".

Anews.az xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Bunu nəzərə alaraq bir neçə məqamı diqqətə çatdırım. Şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır.

Düzgün idarəçilik yerli biznes sahiblərinə, sakinlərə şəhərin ərazisindən effektiv istifadə etməyə dəstək göstərir, ictimai nəqliyyatdan istifadəyə marağı artırır. Ən əsası isə parklanmanın sərmayə yatırımları üçün cəlb ediciliyini daha da artırır.

Bu sahədə düzgün və şəffaf idarəçiliyin təşkili üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu mənada yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq faydalıdır.

Tenderin qalibi olan Alpina şirkəti isə bu sahədə böyük təcrübəyə malikdir. Bir az zaman sərf edib internet resurslarında araşdırma yetərlidir ki, şirkət barədə tam dolğun məlumat əldə edəsən.

"Alpina Parking Consulting" şirkəti 1997-ci ildə yaradılan "Alpina" şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir", - o qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol