• $
  • €
  • ₽
  • ₺
  • £

Evdə müalicə alan bu pasiyentlər xəstəxanaya göndəriləcək - RƏSMİ

Evdə müalicə alan bu pasiyentlər xəstəxanaya göndəriləcək - RƏSMİ
09.07.2020 12:50
Ev şəraitində müalicə edilən COVID-19 xəstələrinin telefonla evdə olduğu müəyyən edilmədikdə həmin xəstənin evinə həkim briqadası göndəriləcək.

Bunu Trend-ə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, evdə müalicə edilən və müşahidə altında olan xəstələr mobil və ev telefonu olmalıdır: "Ev telefonunun olması mütləq deyil. Amma mobil telefon vacibdir. Çünki pasiyent mobil telefonunda "e-Təbib” əlavəsini yükləməlidir”.

N.Seyidov qeyd edib ki, evdə müalicə olunan xəstələrlə bir necə saatdan bir mobil telefon vasitəsilə avtomatlaşdırılmış qaydada əlaqə saxlanılır:

"Bununla həm də həmin şəxsin evdə olmasına əminlik yaranır. Xəstənin evdə olub-olmadığı müəyyənləşdirilmədikdə pasiyentin evinə əraziyə baxan poliklinika tərəfindən müvafiq briqada göndəriləcək. Əgər pasiyent evdə olmazsa, ona birinci dəfə xəbərdarlıq ediləcək. Amma bu hal təkrar baş verərsə, həmin şəxs mütləq qaydada stasionar müəssisəsədə müalicə almaq üçün ambulans tərəfindən xəstəxanaya göndəriləcək. Vətəndaşlar məsuliyyətli olmalıdırlar. Əks halda, onlar etibarsız pasiyent sayılayaraq, stasionar şəraitdə müşahidə altında qalmalı olacaqlar”.

Pasiyentin evdə olub-olmadığının mobil telefonla necə yoxlanıldığına gəldikdə, N.Seyidov qeyd edib ki, bunun üçün xəstə ilə videogörüntünün yaradılması mütləq deyil:

"Burada əsas məsələ vətəndaşın özünün məsuliyyətindən asılıdır. Digər tərəfdən, hazırda onsuz da hamı küçəyə çıxmaq üçün 2 saatlıq icazə alır. COVID-19 xəstələrinə isə icazə verilmir. Həmin pasiyentlər küçəyə heç 2 saatlıq da çıxa bilməzlər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol