Sosial şəbəkədə xalq mahnıları, muğam təbliğ olunur

Gənclər sosiyal şəbəkədə xalq mahnılarını, muğamı təbliğ edirlər. Layihənin rəhbəri Nicat Müslümov deyir ki, məqsəd ondan ibarətdir ki, Azərbaycan gəncliyinin tarixi musiqilərimizi unutmasının qarşısını almaq, milli dəyərləri təbliğ etməkdir.
"Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq verilişin tarixi və saatı ilə bağlı bilgilər yayımlanır ki, bu da izləyicilərdə maraq yaradıb”.
N.Müslümovun sözlərinə görə, bu layihə həm də Azərbaycan gənclərini muğam sənəti ilə bağlı maarifləndirmək deməkdir.
"Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























