• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bəzi yerlərdə yenidən postlar bərpa edilib

Bakıda bəzi yerlərdə yenidən postlar bərpa edilib
10.07.2020 11:23
Paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.

Bu barədə Anews.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, zəruri hallarda postların yenidən qurula biləcəyini əvvəldən bəyan ediblər: "Zərurət olmadığı halda isə postlar yenidən yığışdırıla bilər. Əsas etibarilə hərəkətin daha çox intensiv olduğu vaxtlarda və ərazilərdə postlar yığışdırıldı ki, nəqliyyatın hərəkətində hər hansı bir sıxlıq yaşanmasın. Şənbə və bazar günlərində artıq ictimai nəqliyyatın hərəkətinə qadağa tətbiq edildiyindən, yollarda hərəkət iştirakçılarının sayının az olması səbəbindən belə postlar qurula bilər. Bu zaman hərəkət iştirakçılarının yaşadıqları mənzilləri tərk etməsi üçün müvafiq icazələrinin olub-olmaması yoxlanıla bilər. Məsələ odur ki, kimsə müvafiq icazəsi olmadan sui-istifadə hallarına yol verməsin”.

Bir müddət əvvəl paytaxt ərazisində postlar ləğv edilmişdi. Bildirilmişdi ki, bundan sonra hərəkət iştirakçılarına kameralarla nəzarət olunacaq. Bunun üçün isə müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir. K. Əliyev qanunvericiliyə dəyişikliyin edilməsi istiqamətində hazırda məsələnin nə yerdə olmasından xəbərdar olmadığını vurğulayıb. O qeyd edib ki, qanunverici orqanda Məcəlləyə dəyişiklik olarsa, bu barədə ictimaiyyət məlumatlandırılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol