• $
  • €
  • ₽
  • ₺
  • £

Biləsuvarda ŞOK HADİSƏ- Atası qızını evdə zəncirlə bağlayıb

Biləsuvarda ŞOK HADİSƏ- Atası qızını evdə zəncirlə bağlayıb
10.07.2020 16:00
İyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, araşdırmalarla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 2013-cü ildən ailəsindən boşanaraq onunla birlikdə yaşayan, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın yüngül həyat tərzi keçirməsindən şübhələndiyinə görə cari il aprelin 2-dən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evin yataq otağında zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Həbiyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol