• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiyada olmayan dərman Azərbaycanda var”

“Rusiyada olmayan dərman Azərbaycanda var”
11.07.2020 09:52
"Sizin səhiyyə sisteminiz məndə xoş təəssüratlar oyatdı. Ən əsası isə bu sözlər sizin mütəxəssislərə aiddir. Biz bir neçə klinikada olduq. Anladığım qədəri ilə bu ayrı-ayrı klinikalar idi və deyərdim ki, ən elit və ya ən öndə gedən klinikalar deyildi. Adi sıradan xəstəxanalar idi. Bu xəstəxanaların reanimasiya şöbəsinin təchiz olunması yüksək səviyyədə və tərifəlayiq idi”,  bunu rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov AzTV-nin "Hədəf” verilişində deyib. O bildirib ki, Azərbaycan klinikaları koronavirusa qarşı mübarizədə lazımi qurğularla və dərmanlarla təchiz olunub:

"Dünənki klinikalardan birindəki təcrübəmi qeyd etmək istəyirəm. Biz dedik ki, bizim yüksək göstəricili qurğusuna ehtiyacımız var. Bu qurğu oksigeni 60 litrə qədər tənzimləyə bilir və bununla da xəstənin ciyərlərini süni ventilyasiya edilməsindən qaçırtmaq olar. Bu gün isə ağır bir xəstənin müayinəsi üçün həmin xəstəxanaya geri döndük və yüksək göstəricili oksigen qurğusu artıq var idi. Eyni cümlələri dərmanlara da aid edə bilərəm. Misal üçün, biz bilirik ki, Rusiya koronavirusa qarşı "famperaver” istehsalına başlayıb. Amma o dərman bizə hələ çatmayıb. Siz təsəvvür edin, dünən biz sizin klinikalardan birində o dərmanı gördük. "Saran” zavodunun istehsalı olan bir dərman Azərbaycanda var, amma Rusiyada yoxdur.

Ən azından bizim və nümayəndə heyətimizin digər üzvlərinin təmsil etdiyi xəstəxanalarda yoxdur.

"Rendazevir” adlı dərmana da böyük ümid və inam var. Çünki dərman 2015-ci ildə ebola virusuna qarşı istehsal olunub. İndi həmin dərman ABŞ-da qəbul olunub. Hətta Azərbaycana gətirilməsi üçün müqavilə də bağlanıb. Dərman ağır, reanimasiyada olan xəstələr üçün nəzərdə tutulub. Avropada belə bu dərman yoxdur”.
 
(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol