• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan Azərbaycana təhlükəli virus gəlir - DİQQƏT

İrandan Azərbaycana təhlükəli virus gəlir - DİQQƏT
09.07.2014 16:00

İranla sərhəd ərazilərdən Azərbaycana "Nodulyar dermatit” xəstəliyinin yayılma ehtimalı var. ANN.Az-ın “Movqe.az”a istinadən xəbərinə görə, bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəli deyib ki, hələ ki, İranla, eləcə də Türkiyə ilə həmsərhəd olan bölgələrimizdə "Nodulyar dermatit” xəstəliyi qeydə alınmayıb. Amma bununla belə Y. Xanvəli belə bir təhlükənin gözlənilən olduğunu, İranla həmsərhəd ərazilərdə mal-qara saxlayan şəxslərin profilaktik tədbirlər görməsinin zəruri olduğunu bildirib: "Ümumiyyətlə, bu xəstəliyə görə, ölkəmizdə epizootik vəziyyət sabitdir. Amma heyvanların çimizdirilməsi, mütəmadi olaraq dezinfeksiyaedici maddələrlə dezinfeksiya edilməsi vacibdir. Xəstəliyin əsas daşıyıcısı qansorucu həşəratlardır. Xəstəlik heyvanlar arasında geniş yayılır və insana keçmir. Amma heyvanlarda ölüm halları baş verə bilər. Əgər 100 heyvana bu virus keçibsə, 10 baş heyvanın tələf olması gözləniləndir. Üstəlik heyvanlarda məhsuldarlıq aşağı düşür, çəkiləri, südləri azalır".

Qeyd edək, İranın İlam, Kürdistan, Kirmanşah və Azərbaycanla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində təxminən 1 aydan çoxdur ki,  heyvanlar arasında yoluxucu dəri xəstəliyi "Nodulyar dermatit” yayılıb. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol