• $
  • €
  • ₽
  • ₺
  • £

Tanışını taxta ilə öldürən şəxsin istintaqı başa çatıb

Tanışını taxta ilə öldürən şəxsin istintaqı başa çatıb
13.07.2020 09:56
Balakəndə adam öldürməkdə təqsirli bilinən Hacımurad Nəsibovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 23-də Balakən rayonunun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, rayon ərazisində fəhləlik edən Murtuzəli Nabatova məxsus yarımtikilidə müvəqqəti yaşayan Şəki sakininin meyiti aşkarlanıb.

İstintaq nəticəsində aydın olub ki, qətlə yetirilən Şəki rayonu Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədhəsən Rəhimovdur. Meyitə baxış keçirilən zaman onun bədənində qətl əlamətlərinə xarakterik xəsarətlər aşkar edilib.

Məlum olub ki, rayon sakini Hacımurad Nəsibov Hənifə kəndindəki mənzilində Məmmədhəsən Rəhimovla spirtli içki qəbul edib.

Məmmədhəsən Rəhimov tanışının ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranıb.
Hacımurad Nəsibov Məmmədhəsən Rəhimovu müvəqqəti yaşadığı yarımtikili ikimərtəbəli evin birinci mərtəbəsinə aparıb, orada onun baş nahiyəsinə taxta parçası ilə dörd-beş zərbə vuraraq öldürüb.
İstintaq orqanı tərəfindən Hacımurad Nəsibovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol