• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı göndərdi

Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı göndərdi
13.07.2020 14:29
Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.

Anews.az xəbər verir ki, bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Minsk qrupuna ünvanlanmış etiraz bəyanatında qeyd olunub ki, Azərbaycan ərazisini işğal edən və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməklə bir daha əsl niyyətini nümayiş etdirib: "Beləliklə, Ermənistanın beynəlxalq arenada dünya ictimaiyyətinə "sırıdığı” münaqişənin sülh yolu ilə həllini dəstəkləyən fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığı öz təsdiqini tapdı".

Bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhə ən böyük təhdid olması, münaqişə və gərginlik yaradan, Qarabağla bağlı aqressiv davranan tərəf olduğu bir daha diqqətə çatdırılıb.

"Ermənistanın bundan əvvəlki təxribatlarına da laqeydlik nümayiş etdirən beynəlxalq təşkilatlardan bir daha Ermənstanın təxribatlarına münasibət bildirmək tələb edirik. Azərbaycan ərazisinin 20 faizini işğal edən bir dövlətə olan tolerant münasibət sizi dünya ictimaiyyətinin qarşısında rüsvay edir. Əsl məqsədi Azərbaycan və Türkiyəyə qarşı təxribat yaratmaq olan Ermənistanın dərhal cəzalandılmasınım beynəlxalq təşkilatlardan tələb edirik”, - bəyanatda vurğulanıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol