Vilayət Eyvazovdan yeni əmr

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun yaxın adamını təqaüdə göndərib.
Anews.az-ın verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə şəhər regional Qeydiyyat İmtahan və texniki baxış şöbəsinin (MERO) rəisi, polis polkovniki Vüqar Məmmədyarov xidmətdə olmanın son yaş həddinə görə vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.
Xatırladaq ki, bir neçə gün əvvəl nazirin əmri ilə Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























