Nazirlik rəsmisi Qaraqaya postu ilə bağlı açıqlama verib

Qaraqaya yüksəkliyində olan Azərbaycan ordusunun nəzarəti altında olan postun Ermənistan Silahlı qüvvələrinin əlinə keçməsi xəbəri yalandır, bunu Anews.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
"Ermənistan Kütləvi İnformasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumatl yalandır. Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci il dekabrın 12-də çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik", deyə Dərgahlı bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























