Gürcüstanın azərbaycanlılar yaşayan kəndində 8 nəfər saxlanılıb

İyulun 4-də Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində baş vermiş kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb.
Anews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
İyulun 4-də isə insidentin iştirakçıları digər şəxslərlə birgə dəmir və plastik çubuqlarla Nəzərli kəndinin mərkəzindəki kafeyə hücum ediblər və obyektin sahibinə qarşı zorakılığa yol veriblər.
Bu hərəkətə cavab olaraq elə həmin gün Nəzərli kəndindən olan şəxslər Vaxtanqisi kəndininin sakininə məxsus minik avtomobilini zədələyərək onu aşırıblar.
Faktla bağlı qrup halında xuliqanlıq və zorakılıq maddəsi üzrə istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























