• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkillərlə bağlı yeni qərar verilib

Vəkillərlə bağlı yeni qərar verilib
13.07.2020 17:38
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Anews.az xəbər verir ki, onlayn keçirilən iclasda kollegiyanın sədri Anar Bağırov son günlər cəbhə xəttində baş verən hadisələr barədə fikirlərini bölüşüb, xüsusilə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə Rəyasət Heyətinin bütün üzvləri adından başsağlığı verərək səbr diləyib.

Eyni zamanda, Anar Bağırov çıxışında Azərbaycanın ərazi bütövlüyünün qorunması işində vəkillərin hər zaman mübarizəyə hazır olduqlarını əminliklə bildirib.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib.

Hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.

Ölkədə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq Vəkillər Kollegiyasının üzvlərinin cari ilin iyul ayı üçün Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqının güzəşt olaraq vəkilliyin inkişaf fondundan ödənilməsi barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

Bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə olunub.

İclasda Sumqayıt "ASAN xidmət” mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılmış və müvafiq qərar qəbul olunub.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol